Noyabrın 24-də fövqəladə hallar naziri Kəmaləddin Heydərov Quba şəhərində Heydər Əliyev Mərkəzinin binasında Quba və Qusar rayonlarından olan vətəndaşları qəbul edib.
Qəbula gələn sakinlərinin müraciətlərinin əksəriyyəti yerindəcə öz həllini tapıb, bir sıra məsələlərlə bağlı qanunvericiliyə uyğun dərhal zəruri tədbirlərin görülməsi barədə nazirliyin aidiyyəti strukturlarının rəhbərlərinə tapşırıqlar verilib.
Fövqəladə hallar naziri ilə yanaşı, nazir müavinləri, nazirliyin müvafiq baş idarə və qurum rəhbərləri də vətəndaşların müraciətlərini dinləyiblər.
Qəbula gələn vətəndaşlar onların müraciətlərinə yerində və operativ yanaşılması üçün yaradılan şəraitə görə ölkə Prezidentinə minnətdarlıqlarını bildiriblər.
XQ