Sosial şəbəkələrdə əsassız məlumatlar yayan vətəndaşa xəbərdarlıq olunub

post-img

Bəzi sosial şəbəkə səhifələrində guya Ağdam rayonunda müxtəlif ərazilərin minalanması görüntüsünün formalaşdırılması ilə bağlı yayılmış məlumatlar üzrə araşdırma aparılıb.

Baş Prokurorluqda aparılmış araşdırmalarla müəyyənləşdirilib ki, 1999-cu il təvəllüdlü Emin Nə­cəfzadə Ağdam rayonunun Baş Qərvənd kəndinin yaxınlığında çəkiliş apararaq həmin mina ol­mayan ərazilərdə Beynəlxalq Av­rasiya Mətbuat Fondunun rəhbər­liyinin göstərişi ilə guya təhlükənin mövcud olmasını göstərmək məqsədilə müxtəlif nişanlar və yararsız minalar yerləşdirildiyini iddia edib.

Bildirilir ki, istinad olunan təş­kilat həmin ərazilərdə minatəmiz­ləmə işlərində iştirak etməyib: “Qeyd olunan ərazidə səlahiy­yətli dövlət orqanları tərəfindən minatəmizləmə işləri həyata ke­çirilib, eyni zamanda, təhlükənin qarşısının alınması məqsədilə monitorinqlər davamlı həyata ke­çirilir.

Şəxsi qərəzlilik zəminində və Fondun keçmiş əməkdaşı kimi işçi münasibətlər zamanı orta­ya çıxmış narazılığı səbəbindən Emin Nəcəfzadənin irəli sürdüyü əsassız və həqiqətə uyğun ol­mayan iddiaları əhalinin təhlükə­sizliyinin təmin olunmasına kölgə salmaqla yanaşı, cəmiyyət içində ciddi narahatlığa və təşvişə səbəb olub.

“Prokurorluq haqqında” Azər­baycan Respublikası Qanununun 22-ci maddəsinə əsasən Emin Nəcəfzadə Tərtər Rayon Pro­kurorluğuna dəvət olunaraq ona xəbərdarlıq edilib”. 

XQ

Son xəbərlər