Vizaların sadələşdirilməsi müzakirə olunub

post-img

Bakıda Azərbaycanla Avropa İttifaqı arasında Birgə Viza Sadələşdirilməsi Komitəsinin yeddinci iclası keçirilib. 

İclasda Xarici İşlər Nazirliyi­nin və digər dövlət qurumlarının rəsmiləri, eləcə də Avropa İttifaqı­nın Miqrasiya və Daxili İşlər Baş Direktorluğunun nümayəndələri, Avropa İttifaqının ölkəmizdəki Nümayəndəliyinin əməkdaşları və Avropa İttifaqı üzv dövlətlərinin ölkəmizdə akkreditə olunmuş dip­lomatik missiyalarının konsulları da iştirak ediblər. 

Tərəflər 2013-cü ilin noyabrın 29-da imzalanmış “Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında vizaların rəsmiləşdiril­məsinin sadələşdirilməsi haqqın­da” Sazişin müddəalarından irəli gələn sadələşdirilmələrin tətbiqi mexanizmləri və Avropa İttifaqı ilə ölkəmiz arasında bu sahədə fay­dalı əməkdaşlığın genişləndiril­məsi perspektivlərini əhatə edən mövzular ətrafında konstruktiv və ətraflı müzakirələr aparıblar. 

2022-ci və 2023-cü il noyabrın 15-dək olan statistik göstəricilərə istinad edilərək, Azərbaycan və Avropa İttifaqı vətəndaşları ara­sında qarşılıqlı səfər sayında ciddi artımın olduğu vurğulanıb.

İclas zamanı, həmçinin vətən­daşlarımızın Avropa İttifaqına üzv ölkələrin Azərbaycanda fəaliyyət göstərən diplomatik missiyalarına viza müraciətləri zamanı üzləşdik­ləri çətinliklər qarşı tərəfin diqqə­tinə çatdırılıb və onların aradan qaldırılması mexanizmləri üzrə fikir mübadiləsi aparılıb.

XQ

Son xəbərlər