Noyabrın 24-də Bakıda Birinci Moskva Dövlət Tibb Universitetinin və Bakı Sağlamlıq Mərkəzinin birgə təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Minimal və endo-vizual ginekologiya” beynəlxalq elmi-praktik konfransının açılış mərasimi keçirilib.
İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialının rektoru Əziz Əliyev bildirib ki, Ümummilli lider Heydər Əliyevin bütün fəaliyyətinin məqsədi Azərbaycanı güclü və demokratik hüquqi dövlətə çevirmək idi. Heydər Əliyev təhsil sisteminin də inkişafına xüsusi diqqət yetirirdi.
Hazırda ölkəmizdə Azərbaycan Diplomatik Akademiyası, Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialı, Azərbaycan Fransız Universiteti, İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialı kimi nüfuzlu universitetlər yaradıldıqdan sonra gənclərimiz elə Vətənimizdə mükəmməl təhsil ala bilirlər.
Azərbaycanda keçirilən səhiyyə islahatlarından danışan Milli Məclisin Səhiyyə komitəsinin üzvü, həkim-kardioloq Rəşad Mahmudov həkimlərin, tibb işçilərinin üzərinə böyük məsuliyyət düşdüyünü, dövlətin siyasətinə dəstək vermək üçüm görüləcək işlərin çox olduğunu bildirib.
Bakı Sağlamlıq Mərkəzinin icraçı direktoru Asiman Həsənov isə Ulu öndərin layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda tibb sahəsində aparılan islahatlardan bəhs edib. O, əhalinin sağlamlığının mühafizəsində Mehriban xanım Əliyevanın rolunun danılmaz olduğunu deyib. İcraçı direktor humanitar və sosial sahələrdə müxtəlif layihələr həyata keçirən Heydər Əliyev Fondunun dəstəyi ilə müalicəyə ehtiyacı olanlara göstərilən köməkdən də danışıb.
Tədbir panel sessiyalarla davam edib.
XQ