Kürdəmirdə elektrik cərəyanı ilə balıq ovlayanlar saxlanılıb

post-img

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, Kürdəmir Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlər zamanı rayonun Ərəbqubalı kəndi ərazisindən keçən su kanalından elektrik cərəyanından istifadə etməklə qanunsuz balıq ovlayan Saatlı rayon sakinləri S.Məmmədov, N.İsgəndərov, İ.Miriyev və N.İmanov saxlanılıblar. 

Həmin şəxslərdən ov zamanı istifadə etdikləri elektrik cihazları, eləcə də ovladıqları müxtəlif növ balıqlar aşkarlanaraq maddi sübut kimi götürülüb.

Faktla bağlı Kürdəmir RPŞ-də araşdırmalar aparılır.

 

P.ƏMİRCANOV

XQ

Son xəbərlər