Ukraynaya növbəti humanitar yardım

post-img

Azərbaycanın Ukraynaya humanitar yardım çərçivəsində nəzərdə tutulan enerji avadanlıqlarından ibarət növbəti yük Kiyevin rəsmi şəxsləri tərəfindən təhvil alınıb.

Enerji avadanlıqlarının təhvil verilməsində Azərbaycanın Ukraynadakı səfiri Seymur Mərdəliyev, Ukraynanın xarici işlər nazirinin müavini Oleksandr Mişenko, Ukrayna energetika nazirlərinin müavinləri Nikolay Kolesnik və Valentina Moskalenko, səhiyyə nazirinin müavini İqor Kopaç iştirak ediblər.

Göndərilən avadanlıqların ümumi dəyəri 1 milyon dollar təşkil edir. Bura 12 alçaq gərginlikli panel, 11 generator, 5 transformator, 27 min metrə yaxın kabel və naqillər daxildir.

Məlumata görə, ümumilikdə Azərbaycanın Ukraynaya göndərdiyi humanitar, bərpa və yenidənqurma yönümlü yardımın həcmi 45 milyon dolları ötüb.

XQ

Son xəbərlər