Azərbaycanın “Dostluq” ordeni ilə təltif olunmuş Aman Tuleyev 80 yaşında vəfat edib.
Bu barədə Rusiyanın Kemerovo vilayətinin rəhbəri Sergey Tsivilev bildirib.
Xatırladaq ki, Aman Tuleyev 1997-2018-ci illərdə 20 il Rusiya Federasiyasının Kemerovo vilayətinə rəhbərlik edib. 1996-1997-ci illərdə Rusiyanın MDB ölkələri ilə əlaqələr üzrə nazir olub.
O, Azərbaycan Prezidenti İlham Əliyevin 12 may 2014-cü il tarixli sərəncamı ilə Azərbaycan ilə Rusiya Federasiyası arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişafındakı xüsusi xidmətlərinə görə “Dostluq” ordeni ilə təltif edilib.
Rizvan FİKRƏTOĞLU
XQ