Biləsuvarda növbəti hind toyuğu festivalı keçiriləcək

post-img

Biləsuvarda III Hind Toyuğu Festivalı keçiriləcək. Bu barədə XQ-yə Biləsuvar Rayon İcra Hakimiyyətindən məlumat verilib. 

Festival bu il noyabrın 25-də Biləsuvar RİH və "Azeri Home Chef" şirkətinin təşkilatçılığı ilə Biləsuvar şəhərindəki Mərkəzi Parkda baş tutacaq.

Festivalda Cənub bölgəsinin folkloru ilə tanışlıq olacaq, həvəskar aşpazlar öz bacarıqlarını nümayiş etdirəcək, münsiflər heyətinin ən yaxşıları seçəcəyi “Yummy Turkey” adlı kulinariya müsabiqəsi keçiriləcək.

Tədbirdə yerli və paytaxt brendləri, yeməklərin dequstasiyası, əyləncəli-musiqili proqram, məşhur aşpazlardan ustad dərsləri, “Mən rəsm çəkirəm” adlı ən yaxşı rəsm müsabiqəsi, nərd çempionatı, müxtəlif idman yarışları və yerli kənd məhsullarından ibarət satış yarmarkası təşkil ediləcək. Festivala xarici qonaqlar da dəvət olunub.

 

Rizvan FİKRƏTOĞLU

Sosial həyat