Almaniyada Azərbaycanlı Həkimlərin II Forumu

post-img

“Heydər Əliyev İli” çərçivəsində Berlin şəhərindəki Azərbaycan Mədəniyyət Mərkəzində Almaniyada Azərbaycanlı Həkimlərin II Forumu öz işinə başlayıb. Forumun işində Almaniyanın 70-ə yaxın şəhərindən gələn tibb mütəxəssisləri və qonaqlar iştirak ediblər. 

Tədbir Diasporla İş üzrə Dövlət Komitəsinin Ümummilli liderin anadan olmasının 100 illiyi ilə bağlı hazırladığı “Heydər Əliyev və Azərbaycan diasporu” sənədli filmi və şanlı Zəfərimizi əks etdirən “Xalqa verilən söz həqiqətə çevrildi” videoçarxı nümayiş olunub.   

Azərbaycanın Almaniyadakı fövqəladə və səlahiyyətli səfiri Nəsimi Ağayev Almaniyada yaşayan azərbaycanlıların birliyinin uğurlarından danışıb.  

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov görkəmli dövlət xadimi Heydər Əliyevin azərbaycanlıların xaricdə təhsil almasına xüsusi diqqət yetirdiyini xatırladıb. Hazırda xaricdə fəaliyyət göstərən Azərbaycan icmalarının Prezident İlham Əliyevin və Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın diqqətində olduğunu vurğulayan komitə sədri forumun işini və Almaniyadakı Azərbaycan icmasının fəaliyyətini yüksək qiymətləndirib. 

Xatırladaq ki, Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Almaniyada Azərbaycanlı Həkimlərin I Forumu 2022-ci il mayın 5-də Köln şəhərində təşkil edilib.

XQ

 

Son xəbərlər