Salonikidə Ümummilli liderin 100 illik yubileyi qeyd edilib

post-img

AZƏRTAC-ın  və Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, “QALA” Yunanıstan-Azərbaycan Dostluq Cəmiyyətinin təşkilatçılığı ilə Yunanıstanın Saloniki şəhərində Ulu öndər Heydər Əliyevin həyat və yaradıcılığına həsr olunmuş fotosərginin açılış mərasimi keçirilib. 

“QALA” Yunanıstan-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Rəşid Məmmədov, ölkəmizin Yunanıstandakı müvəqqəti işlər vəkili Qafqaz Aslansoy, Türkiyənin Salonikidəki baş konsulu Serkan Gedik çıxış edərək Ümummilli liderin xatirəsinin Yunanıstanda da ehtiramla anıldığını vurğulayıblar, onun dövlətimizin qorunmasında və möhkəmlənməsində misilsiz xidmətlərindən bəhs ediblər. 

Daha sonra iştirakçılar fotosərgi ilə tanış olublar.

XQ

 

Son xəbərlər