Polis əməliyyat keçirib

post-img

Noyabrın 10-da saat 22 radələrində Nəsimi rayonu ərazisində “Mercedes” markalı avtomobildən 5000 manat pul və mobil telefonun oğurlanması barədə polisə məlumat daxil olub. 

Nəsimi RPİ 20-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər soyğunçuluğa görə məhkum olunmuş 1990-cı il təvəllüdlü Ceyhun Hüseynov müəyyən olunaraq saxlanılıb. Ondan tiryək aşkar olunaraq götürülüb.

Araşdırma aparılır.

Anar ƏLİ,

XQ

Son xəbərlər