Quldurluq edən şəxs həbs olundu

post-img

Noyabrın 12-də saat 23 radələrində Abşeron rayonunun Müşfiqabad qəsəbəsi ərazisində “Opel” markalı avtomobildə sərnişinin sürücünü kəsici alətlə hədələyərək içərisində mobil telefonu olan cüzdanını talaması barədə polisə məlumat daxil olub. 

Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə quldurluq əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini 1979-cu il təvəllüdlü  Kənan Məmmədov müəyyən olunaraq saxlanılıb. 

Abşeron Rayon Polis İdarəsində araşdırma aparılır.

Anar ƏLİ,

XQ

Son xəbərlər