Qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı polis əməkdaşları tərəfindən profilaktik tədbirlər davam etdirilir.
DİN Mətbuat xidmətindən verilən məlumata görə, noyabrın 13-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 1 ədəd avtomat, 10 ədəd müxtəlif markalı ov tüfəngi, 2 patron darağı və 14 ədəd müxtəlif çaplı patron təhvil götürüblər.
Keçirilən əməliyyat tədbirləri ilə 5 ov tüfəngi aşkar edilərək götürülüb.
Anar ƏLİ,
XQ