İsrail ordusu Qəzzada hərbi əməliyyatlara 4 saatlıq fasilə verib

post-img

İsrail ordusu Qəzzanın cənubunda hərbi əməliyyatlara dörd saatlıq fasilə elan edib.

XQ TASS-a istinadən xəbər verir ki, İsrail Müdafiə Qüvvələrinin sözçüsü Avihay Edri bildirib ki, mülki əhalinin Qəzza şəhərindən çıxması üçün döyüş əməliyyatlarını dörd saat müddətinə dayandırıb.

Qeyd edək ki, Edri döyüş əməliyyatlarının dayandırılması ilə bağlı X-də (keçmiş Twitter) ərəbcə yazıb. Onun sözlərinə görə, İsrail hərbçiləri Əl-Şati qaçqın düşərgəsinin sakinlərinə səhər saat 8:00-dan 14:00-a qədər ərazini tərk etmək imkanı verəcək.

Noyabrın 13-də Misirlə sərhədə yaxın Rəfah şəhəri yaxınlığında hərbi əməliyyatlar dayandırılıb.

Ayşən AZADOVA  

XQ

Dünya