Gədəbəy rayonunun Parakənd kənd sakini Qismət Cabbarlıya məxsus evdə yanğın baş verib. FHN-in əməkdaşları tərəfindən yanğın söndürülüb. Məlumatı FHN-in mətbuat xidməti verib.
Əraziyə cəlb olunan yanğınsöndürənlər əməliyyat zamanı otaqların birində qızıl-zinət əşyaları dolu bir qutu tapıblar. Zinət əşyaları sahibinə təhvil verilib.
Rizvan FIKRƏTOĞLU
XQ

