Erməni jurnalist: Ermənistanın bəlalarında türklər, ruslar və azərbaycanlılar günahkar deyil

post-img

“Biz tez-tez səhvlərin, nöqsanların və cinayətlərin səbəblərini Ermənistandan kənarda axtarırıq. Deyirik ki, ruslar günahkardır, türklər günahkardır, azərbaycanlılar günahkardır, dünya günahkardır. Lakin Ermənistanın məskunlaşdığı ərazilərə çoxsaylı səfərlərim zamanı nə rusların, nə türklərin, nə azərbaycanlıların, nə də dünyanın günahkar olmadığını gördüm”.

“Caliber” xəbər verir ki, bu barədə erməni jurnalist Tatul Akopyan “Facebook” səhifəsində yazıb.

“Məsələn, Ermənistanın kəndləri, xüsusən də sərhədyanı kəndləri acınacaqlı vəziyyətdədir. Ailə qurmaq istəməyən gənclərin sayı hədsiz çoxalıb, əhalinin sərhədyanı kəndlərdən rayonlara köçməyə böyük həvəsi var. Bu, yeni hadisə deyil, sovet dövrünün son illərindəki tendensiyadır”, – deyə jurnalist qeyd edib.

 

Rizvan FIKRƏTOĞLU

XQ

Son xəbərlər