Hərbi Prokurorluqda qazilərlə görüş

post-img

Noyabrın 7-də Zəfər Günü münasibətilə Hərbi Prokurorluqda hərbi qulluqçular və qazilərlə görüş keçirilib.

Baş prokurorun müavini – Hərbi pro­kuror, ədliyyə general-leytenantı Xanlar Vəliyev mərasim iştirakçılarını, bütün qa­ziləri və şəhid ailələrini 8 Noyabr – Zəfər Günü münasibətilə təbrik edib.

Ölkəmizin sürətli inkişafının silah­lı qüvvələrin qüdrətlənməsinə də rəvac verdiyini deyən hərbi prokuror bildirib ki, son illər Prezident, müzəffər Ali Baş Komandan İlham Əliyevin yüksək diqqət və qayğısı sayəsində ordumuzun mad­di-texniki bazası əhəmiyyətli dərəcədə möhkəmləndirilib. 

Milli Məclisin deputatları Sabir Rüstəmxanlı, Nizami Cəfərov, Azər Ba­damov və Ceyhun Məmmədov, çıxış edən digər şəxslər Vətən müharibəsin­dən, müzəffər Ali Baş Komandanın rəh­bərliyi ilə əldə olunan tarixi Qələbədən, eləcə də 44 günlük döyüşlərdə və anti­terror tədbirlərində Hərbi Prokurorluğun özünəməxsus rolundan bəhs ediblər.

XQ

Son xəbərlər