Fransada Ermənistandan deportasiya olunmuş azərbaycanlılar tərəfindən “Qərbi Azərbaycanlıların İrsinin Qorunması və Qayıdış Hüququ” İctimai Birliyi yaradılıb.
Təşkilatın əsas məqsədi Ermənistan ərazisində Azərbaycan xalqının əsrlər boyu yaratdığı zəngin mədəni irsin dağıdılmasının qarşısının alınması, beynəlxalq ictimaiyyətin diqqətinin bu problemə yönəldilməsi və qərbi azərbaycanlıların öz tarixi dədə-baba torpaqlarına sülh yolu ilə qayıtmasına dəstək olmaqdan ibarətdir.
“Association pour la Protection du Patrimoine et le Droit au Retour des Azerbaïdjanais Occidentaux” adı ilə rəsmi qeydiyyata alınan təşkilatın həmtəsisçisi əslən İrəvandan olan Zaur Sadıqbəylidir.
XQ