Baş prokuror Abşeron rayonunda qəbul keçirib

post-img

Noyabrın 2-də Baş prokuror Kamran Əliyev Abşeron rayon prokurorluğunun inzibati binasında Abşeron və Zəngilan rayonlarından olan vətəndaşlarla görüşüb.

Görüşdə iştirak edən 135 vətəndaşın müraciətində konkret cinayət işlərinin is­tintaqı və törədilmiş cinayətlər barədə məlumatların araşdırılması zamanı yol verilmiş qanun pozuntuları, məhkəmədə baxılan cinayət işləri üzrə dövlət ittiha­mının müdafiəsi, habelə mülki xarakterli mübahisələr və sosial problemlərə dair məsələlərin bilavasitə prokurorluqda və ya aidiyyəti icra orqanlarında operativ həlli üçün müvafiq göstərişlər verilib.

Sonra prokurorluq əməkdaşları ilə görüş keçirən Kamran Əliyev vətəndaşla­rın müraciətlərinə obyektiv baxılması və qəbulu işinin düzgün təşkilinə görə tabe prokurorların fərdi məsuliyyət daşıdığını diqqətə çatdırıb. 

Həmçinin Baş prokuror “Elektron pro­kurorluq” informasiya sisteminin fəaliyyəti ilə yerində tanış olaraq işin daha da tək­milləşdirilməsi və səmərəliliyin artırılma­sına dair əməkdaşların təkliflərini dinlə­yib, müvafiq göstərişlər verib.

XQ

Son xəbərlər