Ölkəmizdə süni almaz da istehsal ediləcək

post-img

Süni almaz istehsalı üzrə müəssisənin Ələt Azad İqtisadi Zonasında yaradılması nəzərdə tutulur. Bu müəssisənin fəaliyyətə başlaması ilə Azərbaycan üçün ənənəvi olmayan sektorun təməli qoyulur. 

“AzerGold” Qapalı Səhmdar Cəmiyyə­ti (QSC), “Azərbaycan İnvestisiya Şirkəti” Açıq Səhmdar Cəmiyyəti (ASC) və Hin­distanın “Devngi Innovations LLP” şirkəti arasında qarşılıqlı əməkdaşlığa dair An­laşma Memorandumunun imzalanma­sında da əsas məqsəd Azərbaycan–Hin­distan tərəfdaşlığı əsasında ölkəmizdə sintetik (süni) almaz sənayesi, təbii almaz emalı infrastrukturunun qurulması imkan­larının öyrənilməsi, birgə şirkətin yaradıl­ması və fəaliyyətinin təşkil edilməsidir.

Ekologiya və Təbii Sərvətlər Nazir­liyinin məlumatında bildirilir ki, Anlaşma Memorandumu müasir nəqliyyat-logisti­ka infrastrukturuna malik olan ölkəmizin əlverişli coğrafi mövqeyi iqtisadiyyatın ən müxtəlif sahələrində beynəlxalq əmək­daşlıq əlaqələrini inkişaf etdirməyə imkan verir. Bu xüsusda dünyada sintetik almaz istehsalı sahəsində aparıcı ölkə sayılan Hindistanla əməkdaşlıq şəraitində yeni istehsal infrastrukturunun qurulması ölkə iqtisadiyyatı üçün geniş perspektivlər vəd edir. 

Mərasimdə təbii və sintetik almazların emalı proseslərinin oxşar olduğu nəzərə alınaraq, Azərbaycanın “Kimberley Pro­sesi”nə üzv kimi qəbul edilməsi üçün ai­diyyəti dövlət qurumlarına müraciət edildi­yi və həmin qurumlar tərəfindən prosesə başlanıldığı da vurğulanıb. Qeyd edilib ki, ölkəmizin “Kimberley Prosesi”nə üzv­lüyü təsdiqləndikdən sonra təbii almaz emalı sahəsinin qurulması istiqamətində də tərəflərin birgə səyləri ilə müvafiq ad­dımların atılacağı nəzərdə tutulub. 

Xatırladaq ki, Hindistanın “Devngi İnnovations LLP” şirkəti sintetik almaz sənayesində geniş təcrübəyə malik ol­maqla, CVD (kimyəvi buxarçökmə texno­logiyası ilə yetişdirilən sintetik almazlar) almazlarının istehsalçısıdır.

XQ

Son xəbərlər