Xorvatiya parlamentinin sədri Qordan Yandrokoviçin rəhbərliyi ilə nümayəndə heyəti oktyabrın 7-də Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda Xorvatiya parlamentinin sədrini parlament sədrinin müavini Musa Qasımlı, hər iki ölkənin səfirləri Anar İmanov, Branko Zebiç və digər rəsmi şəxslər qarşılayıblar.