Bölgədə rabitə və yeni texnologiyalar sahəsində yeni infrastrukturun qurulması, müasir texnologiyaların tətbiqi istiqamətində tədbirlər davam etdirilir. Muxtar respublikanın Rabitə və Yeni Texnologiyalar Nazirliyinin məlumatına görə, bu istiqamətdə icra olunan layihələrin davamı olaraq Kəngərli rayonunun Qıvraq qəsəbəsində sakinlərə müasir multimedia xidmətlərinin göstərilməsi üçün yeni “NGN” tipli Avtomat Telefon Stansiyası (ATS) quraşdırılıb.
Bu layihə mövcud resurslar və ehtiyatlar hesabına adıçəkilən nazirliyin və tabeli qurumların mütəxəssisləri tərəfindən həyata keçirilib. Belə ki, Nazirliyin mühəndisləri tərəfindən mövcud “Karel” tipli stansiya üzərindəki nömrələr yeni quraşdırılan 848 nömrətutumlu ATS-yə köçürülüb.
Qeyd edək ki, yeni quraşdırılan ATS vasitəsi ilə istifadəçilər telefon rabitəsi ilə yanaşı, yüksək sürətli internet, video görüntülü rabitə və çoxlu sayda servis xidmətləri ilə təmin olunurlar.
XQ

