Muxtar Respublikanın Meliorasiya və Su Təsərrüfatı ASC-nin mətbuat xidmətindən bildirilib ki, bölgənin mövcud su anbarlarında 2023-cü ilin sentyabr ayının sonuna 70,47 milyon kubmetr su ehtiyatı toplanıb.
Qeyd olunub ki, su istifadəçilərinə sentyabr ayı ərzində 8,32 milyon kubmetr su verilib, bunun müqabilində 6 min 779 hektar torpaq sahəsi suvarılıb. Hesabat dövründə, həmçinin 14,06 kilometr beton və torpaq kanallar, 17,12 kilometr ara arxlar, 2,9 kilometr kollektor lildən təmizlənib, 1,96 kilometr içməli su, 0,19 kilometr kanalizasiya xətləri çəkilib, 5,95 kilometr mövcud içməli su xətlərində, 0,03 kilometr kanalizasiya xətlərində, 2,16 kilometr suvarma boru xətlərində isə təmir-bərpa işləri aparılıb.
XQ

