İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən verilən məlumata görə, Şərur və Babək şəhərlərində vergi ödəyicilərinə xidmət mərkəzlərinin tikintisinə başlanılıb.
Bu mərkəzlərdə bölgədə fəaliyyət göstərən vergi ödəyicilərinə vergi sahəsində bütün xidmətlər təqdim ediləcək və onların vergi məsələlərinin həllinə dəstək göstəriləcək.
Bu ilin may ayında Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyi ərəfəsində Naxçıvan şəhərində ilk belə xidmət mərkəzi sahibkarların və vətəndaşların istifadəsinə verilib.
XQ

