İngiltərə mediasında Heydər Əliyev haqqında məqalə dərc edilib

post-img

Türk Ağsaqqalları İctimai Birliyinin təsisçisi, Missiya Media Qrupunun rəhbəri Ramin Əhmədovun Ümummilli Lider Heydər Əliyevin 100 illiyi çərçivəsində “Heydər Əliyev: Azərbaycan-Britaniya münasibətləri” sərlövhəli məqaləsi İngiltərənin populyar saytlarında yayımlanıb.

Avropatimes.com və eurovizyon.co.uk  saytlarında yer alan məqalədə Ulu Öndərin Azərbaycan-Britaniya münasibətlərinin qurulması, iqtisadi əlaqələrin inkişafında göstərdiyi xidmətlərdən söz açılır.

Daha sonra isə ümummilli liderin təşəbbüsü və rəhbərliyi ilə Azərbaycanla Britaniya arasındakı münasibətlərin dərinləşməsi, Qarabağın işğalı dövründəki tarixi anlardan, Britaniyanın Azərbaycana olan münasibətindən, ümummilli liderin Britaniya sənayeçilərinin qarşısındakı çıxışdan və digər məsələlərdən bəhs edilir.

Məqalədə həmçinin 1995-ci ilin 28 noyabrında Heydər Əliyevin Adam Smit İnstitutunun təşkil etdiyi  "Azərbaycanda investisiya imkanları" mövzusunda konfransda iştirak etməsi, Birləşmiş Krallığa işgüzar səfər edərək bir sıra mühüm görüşlər keçirməsi haqqında məlumat verilir. Konfransın gedişində Azərbaycan-Böyük Britaniya Ticarət-Sənaye Şurasının yaradılması haqqında Memorandum imzalanmasından danışılır. Bundan başqa, ümummilli lider tərəfindən qoyulan bu siyasətin Prezident İlham Əliyev tərəfindən də uğurla davam etdirilməsi, Prezident İlham Əliyevin və Birinci vitse-prezidenti Mehriban Əliyevanın müxtəlif dönəmlərdə Böyük Britaniyaya səfərlər etməsi haqqında məlumat verilir.

Məqalədə bu gün ikitərəfli münasibətlərin ən yüksək səviyyəyə çatdırılması, Britaniyanın Azərbaycanın haqq davasında siyasi dəstəyini əsirgəməməsi və xüsusilə Fransanın Azərbaycana qərəzli münasibəti qeyd edilir. Məhz Britaniyanın BMT-nin Təhlükəsizlik Şurasında Azərbaycana qarşı qərəzli qətnaməyə veto qoyması önə çəkilir. Həmçinin, əlavə edilir ki, bu gün həm Azərbaycan, həm də qardaş Türkiyənin Britaniya ilə sıx əlaqələrinin olması ölkələrimizin beynəlxalq aləmdə mövqelərinin güclənməsinə xidmət edir.

https://www.avrupatimes.com/m/politics/azerbaijan-british-relations-heydar-aliyev-h11809.html

https://www.eurovizyon.co.uk/dunya/heydar-aliyev-azerbaijan-british-relations-h81634.html?fbclid=IwAR2UOfZg81uSnJmFi-8U5gGJSXLwm4u4mlAUlT-crE3TPrgNn3H4E1GyogU

Anar Əli,

XQ

Son xəbərlər