Oktyabrın 24-də İstanbulda “Qərbi Azərbaycan gerçəkliyi: tarixi həqiqətlər” mövzusunda konfrans keçirilib.
Konfransın açılış mərasimində Altınbaş Universitetinin rektoru, professor Çağrı Erhan, Azərbaycanın İstanbuldakı baş konsulu Nərminə Mustafayeva və Qərbi Azərbaycan İcmasının sədri, deputat Əziz Ələkbərov çıxış ediblər.
Konfrans panel iclasla davam edib. Çıxışlarda bildirilib ki, indiki Ermənistanın Respublikasının ərazisi olan Qərbi Azərbaycan tarixi Azərbaycan torpaqlarıdır. Vaxtilə burada yüz minlərlə Azərbaycan türkü yaşayıb. XIX əsrin əvvəllərində Çar Rusiyasının İrəvan xanlığını işğal etməsindən sonra bölgədə demoqrafik vəziyyətin məqsədyönlü şəkildə dəyişdirilməsinə başlanıb. Çar Rusiyasının həyata keçirdiyi demoqrafik siyasət nəticəsində İrəvan xanlığının ərazisinə və Qarabağa müxtəlif coğrafiyalardan ermənilər kütləvi şəkildə məskunlaşdırıldı.
Natiqlər ermənilərin azərbaycanlılara qarşı həyata keçirdikləri etnik təmizləmə siyasətinə də toxunublar. Qeyd olunub ki, Sovet İttifaqı dövründə Ermənistanda azərbaycanlıların mədəni izlərinin məhv edilməsi ilə kifayətlənilmədi, yüz minlərlə azərbaycanlı bu torpaqlardan deportasiya olundu.
XQ