Laçında Ekoloji işçi qrupun iclası

post-img

Laçın şəhərində Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həll edilməsi üçün yaradılmış Əlaqələndirmə Qərargahının nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin Ekoloji məsələlər üzrə işçi qrupunun növbəti iclası keçirilib. 

Şərqi Zəngəzur iqtisadi rayonu­na daxil olan Laçın rayonunda Pre­zidentin xüsusi nümayəndəsi Məsim Məmmədov Laçın şəhərinin bərpası və yenidən qurulması, gələcək in­kişafının təmin edilməsi məqsədilə planlaşdırma və layihələndirmə, Zerti Aqro-Sənaye Parkının fəaliyyəti barə­də məlumat verdi. Laçında aparılan tikinti-quruculuq, bərpa işləri çərçivə­sində ekoloji məsələlərə xüsusi diqqət ayrıldığı qeyd olundu. 

Prezident Administrasiyasının şöbə müdirinin müavini, İdarələrarası Mərkəzin Katibliyinin rəhbəri Nüsrət Süleymanov İdarələrarası Mərkəzin işi ilə bağlı, eləcə də “Azərbaycan Respublikasının işğaldan azad edil­miş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində Şərqi Zəngəzurda həyata keçirilən layihələr, Laçın şəhərinə əhalinin köçürülməsi və işlə təmin olunması ilə bağlı gö­rülən işlər, hazırda icrası davam edən və planlaşdırılan genişmiqyaslı infrast­ruktur layihələrinin icra vəziyyəti barə­də ətraflı məlumat verdi. 

İşçi qrupun rəhbəri, ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov nazirlik tərəfindən Laçın rayo­nu ərazisində həyata keçirilən ekoloji tədbirlər, o cümlədən meşəbərpa və yeni yaşıllıq sahələrinin salınması təd­birləri haqqında məlumat verildi. 

İşğal dövrünə qədər rayon ərazi­sində qeydə alınmış 40 filiz və qey­ri-filiz faydalı qazıntı yatağından 36-sı monitorinq və təftişə cəlb edilərək ehti­yatları yenidən qiymətləndirilib.

Laçın rayonu ərazisində müvafiq cihaz və avadanlıqlarla təchiz olunmuş 1 ədəd avtomatik radioekoloji stansiya quraşdırılaraq, istifadəyə verilmiş və 1 ədəd avtomat meteoroloji stansiyanın quraşdırılması planlaşdırılır.

İşğaldan azad edilmiş ərazilərdə ekosistemin bərpası məqsədilə meşə­bərpa, yeni yaşıllıq sahələrinin salın­ması, xüsusi mühafizə olunan təbiət ərazilərində infrastrukturun bərpası tədbirləri ilə yanaşı fauna növlərinin reintroduksiyası layihələri də həyata keçirilir. Bu məqsədlə Laçın rayonu ərazisinə 5 Şahin quşu və 4 baş Şərqi Qafqaz turu, eləcə də Həkəriçay höv­zəsinə 33 500 forel və çəki cinsli (ağ amur, ağ qalın alın) balıq körpələri bu­raxılıb. Laçın rayonunda 3600 ədəd müxtəlif cinsli ağac tingi əkilib və 100 kiloqram palıd toxumu səpilib. İşğal­dan azad edilmiş ərazilərdə ümumilik­də 160 hektar sahədə 124 mindən çox ağac tingi əkilib, 3000 kiloqram palıd və Şərq çinarı toxumu səpilib, salınmış yaşıllıqların suvarılması məqsədilə damcılı suvarma sistemi quraşdırılıb. Həmçinin “Böyük Qayıdış I Dövlət Proqramı”nda 2024-2026-cı illərdə Laçın rayonunda 195,0 hektar meşə fondu sahəsində meşəbərpa tədbirləri planlaşdırılır. 

Ekologiya və Təbii Sərvətlər Nazir­liyinin şöbə müdiri Faiq Mütəllimovun təqdimatında işğaldan azad edilmiş ərazilərdə dövri iqtisadiyyatın təmin edilməsi və təbii sərvətlərdən səmərəli istifadə olunması istiqamətində Ağdam rayonunun Kəngərli kəndinin bərpa və yenidən qurulması zamanı yaranan ti­kinti-söküntü tullantılarının təkrar ema­lına başlanıldığı qeyd olunub. Hazırda işğaldan azad edilmiş ərazilərdə aparı­lan bərpa və yenidənqurma işləri nəti­cəsində tikinti və söküntü tullantılarının həcminin artması ilə əlaqədar Ağdam rayonunda başlanılan bu fəaliyyətin genişləndirilərək işğaldan azad edil­miş digər ərazilərdə də tətbiqi ilə bağlı tədbirlər görülür. 

Ekologiya və Təbii Sərvətlər Nazir­liyinin Dövlət Ekoloji Ekspertiza Agent­liyinin İdarə Heyətinin sədri Mirsalam Qənbərov Laçın şəhəri ərazisində icra olunan layihələrin ekoloji qiymətləndi­rilməsi məsələləri, yol-infrastruktur la­yihələrinin icrası zamanı ətraf mühitə təsirlər, Füzuli–Şuşa yolunun və Zəfər yolunun kənarlarında yol tikintisi apa­rılan dövrdən qalmış ağac-kol tör-tö­küntülərinin yığışdırılması işinin təşkili, Laçın şəhərində infrastruktur layihələ­rinin icrası zamanı yaşıllıqların müha­fizəsi və bərpası perspektivləri barədə məlumat verdi.

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin nümayəndəsi tərəfindən Laçın şəhərində aparılan içməli və tul­lantı su sistemlərinin yenidən qurulma­sı işləri barədə məlumat verildi. Laçın şəhərinin perspektiv inkişafı nəzərə alınmaqla 18 min nəfərin içməli su və kanalizasiya tələbatının ödənilmə­sinə hesablanmış içməli su təchizatı, yağış və tullantı sularının idarə olun­ması sisteminin yaradılması üzrə yeni layihə-smeta sənədləri hazırlanıb. Şəhərin dayanıqlı və keyfiyyətli içmə­li su ilə təmin etmək məqsədilə Sus kəndi yaxınlığındakı mövcud 6 subar­tezian quyusu bərpa edilir. Quyu zo­nasında nasos stansiyası, sutoplayıcı kamera, zərərsizləşdirici qurğu, anbar və digər yardımçı binalar tikilib. Na­sos stansiyasında nasoslar, dayanıqlı elektrik təchizatı məqsədilə generator və 2 ədəd transformator quraşdırı­lıb. Su mənbəyindən Laçın şəhərinə içməli suyun verilməsi pilləli nasos­lar vasitəsilə veriləcək. Bu məqsəd­lə quyu zonasında və magistral su kəməri üzərində nasoslar quraşdırılır. Su mənbəyindən Laçın şəhərinədək polad borularla 10 kilometr uzunlu­ğunda magistral su kəməri inşa edilib. Mənbədən şəhərdəki anbarlara suyun ötürülməsi məqsədilə 3 nöqtədə nasos stansiyasının tikintisi yekunlaşmaq üz­rədir. 

Laçın şəhərində yaradılan yeni in­frastruktur “Ağıllı su” sistemi əsasında idarə olunacaq. Suyun mənbədən gö­türülməsi, subartezian quyularının işçi vəziyyəti, anbarların səviyyəsi, hidrav­lik rejimlər və digər proseslər SCADA sistemləri vasitəsilə tənzimlənəcək.

Ekologiya və Təbii Sərvətlər Na­zirliyinin Dövlət Mineral Xammal Ehti­yatlarından İstifadə Agentliyinin İdarə Heyətinin sədr müavini Azər Şükürov faydalı qazıntı yataqlarından səmərəli istifadənin təşkili, müasir texnologi­yalardan istifadə olunması, yol tikintisi işlərində tələb olunan xammal təmina­tı, həmçinin işğaldan azad edilmiş əra­zilərdə həyata keçirilən tikinti-qurucu­luq işləri ilə bağlı daxil olan müraciətlər barədə məlumat verdi. 

Elm və Təhsil Nazirliyinin Mikrobio­logiya İnstitutunun baş direktoru, Eko­loji məsələlər üzrə işçi qrupun üzvü Pənah Muradov Qarabağda kəhrizlə­rin bərpası və su ehtiyatlarının idarə olunmasında onlardan istifadə pers­pektivləri barədə məlumat verdi. 

Kosmik Agentliyin (Azərkosmos) nümayəndəsi tərəfindən işğaldan azad edilmiş ərazilərdə aparılan kos­mik tədqiqatlar, o cümlədən peyk təsvirlərindən istifadə edilməklə Kəl­bəcər və Laçın rayonları ərazisində yaşayış məntəqələri salınacaq əra­zilərin mühəndis-geoloji, hidrogeoloji, seysmik-geoloji və iqlim şəraitinin qiy­mətləndirilməsi işləri, işğaldan azad edilmiş rayonlarda su ehtiyatlarının səmərəli istifadəsi məqsədilə mövcud su təsərrüfatı və meliorasiya obyektlə­rinin cari vəziyyətlərinin qiymətləndiril­məsi barədə məlumat verildi.

İclasda, həmçinin aidiyyəti qu­rumlara Laçın–Şuşa yolunda ətrafa atılmış tullantıların yığışdırılması, Fü­zuli–Şuşa yolunun və Zəfər yolunun kənarlarında yol tikintisi aparılan döv­rdən qalmış ağac-kol tör-töküntülərinin yığışdırılması işinin təşkil edilməsi, meşə yanğınlarının qarşısının vaxtın­da alınması üçün xəritələrin hazırlan­ması və su mənbələrinin yaradılması məqsədilə təxirəsalınmaz tədbirlərin görülməsi tapşırılıb.

Sonra iştirakçılar Zerti Aqro-Səna­ye Parkının işi ilə tanış olublar.

XQ

Son xəbərlər