Azərbaycan – Qazaxıstan: Əlaqələrin inkişafına xüsusi önəm verilir

post-img

İqtisadiyyat naziri Mikayıl Cabbarov Qazaxıstan Prezidentinin müşaviri Kanat Bozumbayev ilə görüşüb. 

Görüşdə hər iki ölkənin dövlət baş­çılarının qarşılıqlı hörmət prinsiplə­rinə əsaslanan əlaqələrin müxtəlif is­tiqamətlər üzrə inkişafına xüsusi önəm verdiyi vurğulanıb.

Bildirilib ki, ikitərəfli iqtisadi əmək­daşlığın genişlənməsində qarşılıqlı səfərlər, imzalanmış sənədlər, ke­çirilən tədbirlər mühüm rol oynayır. Bununla yanaşı, ölkələrimiz İqtisadi Əməkdaşlıq Təşkilatı, İslam Əmək­daşlıq Təşkilatı və Türk Dövlətləri Təş­kilatı çərçivəsində səmərəli əməkdaş­lıq edir. 

Tərəflər iqtisadi əlaqələrin inkişafı perspektivləri, ticarət dövriyyəsinin artı­rılması, investisiyaların təşviqi və nəq­liyyat–tranzit sahəsində əməkdaşlığın genişləndirilməsi barədə fikir mübadilə­si aparıblar. 

XQ

Son xəbərlər