Fərid Cəfərov Qoşulmama Hərəkatı Gənclər Təşkilatının mənzil-qərargahında gənclərin suallarını cavablandırıb

post-img

Oktyabrın 21-də mədəniyyət nazirinin müavini Fərid Cəfərov Qoşulmama Hərəkatı Gənclər Təşkilatının (QHGT) mənzil-qərargahında “Mədəniyyət və gənclərin iştirakı vasitəsilə Qoşulmama Hərəkatına üzv dövlətlər arasında həmrəyliyin və birliyin gücləndirilməsi” mövzusunda sessiya ilə çıxış edib.

QHGT-dan verilən məlumata görə, 40-dan çox gəncin iştirakı ilə keçirilən sessiya QHGT-nin katibliyinin rəhbəri Leyla Həsənovanın açılış nitqi ilə başlayıb. L.Həsənova iştirakçıları salamlayaraq tədbirə göstərdikləri maraq üçün onlara təşəkkürünü bildirib.

Sonra F.Cəfərov gənclərin mədəniyyət sahəsində əvəzolunmaz rolu və mədəniyyət amilinin əhəmiyyətindən, gənclərin potensialından səmərəli istifadə yollarından bəhs ediblər. Həmçinin mədəniyyətin inkişafı və gənclər yolu ilə təbliğinin Qoşulmama Hərəkatına üzv dövlətlər arasında həmrəyliyin və birliyin gücləndirilməsində mühüm rol oynadığını vurğulayıb.

Tədbir sual-cavab sessiyası ilə davam edib. Sessiyada iştirakçılar Fərid Cəfərova mövzu ilə əlaqədar çoxsaylı suallarını ünvanlayıblar.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə ölkəmizin Hərəkata sədrliyi dövründə yaradılan Qoşulmama Hərəkatı Gənclər Şəbəkəsi Hərəkatın institusional inkişafı üçün atılmış vacib addımlardan biridir. 2022-ci ilin iyulunda Şuşa Akkordları sənədi ilə Şəbəkədən Təşkilata çevrilmiş QHGT-nin əsas missiyası cəmiyyətin aktiv üzvləri olan gənclərin müasir, milli və dünyəvi problemlərin həllində həmrəy fəaliyyətinə təkan verməkdir.









Son xəbərlər