“Windows 11” yarım milyarda yaxın cihazda aktivdir

post-img

Aktiv istifadəçi sayı 400 milyonu keçən “Windows 11”in 2024-cü ilin əvvəlinə qədər yarım milyarda çatacağı proqnozlaşdırılır. Məlumatı “Windows Central” verib. 

“Windows 11”in 2021-ci ilin oktyabr ayından bazarda olduğunu nəzərə alsaq, 400 milyondan çox izləyiciyə çatması təxminən iki il vaxt alıb. 

“Microsoft” şirkətinin məlumatında deyilir ki, bu rəqəm “Windows 7”nin yayılma sürətindən 115 faiz çoxdur. 

Rizvan FİKRƏTOĞLU
XQ

Son xəbərlər