Türkiyə Ali Məhkəməsinin sədri Azərbaycanda

post-img

Ölkəmizdə səfərdə olan Türkiyə Ali Məhkəməsinin (Yargıtay) sədri Mehmet Akarcanın başçılıq etdiyi nümayəndə heyəti Ali Məhkəmədə olub.

Ali Məhkəmənin və Məhkəmə- Hüquq Şurasının sədri İnam Kərimov ölkələrimiz arasında məhkəmə sahəsində əlaqələrin yeni mərhələyə qədəm qoyduğunu və uğurla inkişaf etdiyini qeyd edib. Qeyd edilib ki, iki ölkə arasında əlaqələrin möhkəmlənməsində dövlət başçıları İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın səmimi qardaşlıq münasibətlərinin xüsusi rolu var. 

Səmimi qəbula görə təşəkkürünü bildirən nümayəndə heyətinin rəhbəri Mehmet Akarca ikitərəfli əlaqələri yüksək qiymətləndirərək, bu münasibətlərin inkişafına xüsusi diqqət yetirildiyini qeyd edib.

Son xəbərlər