Baş prokuror Çində işgüzar səfərdədir

post-img

Baş prokuror Kamran Əliyev Pekində işgüzar səfərdədir. Onun rəhbərlik etdiyi nümayəndə heyəti 30-dan çox ölkənin korrupsiyaya qarşı mübarizə qurumlarının, nüfuzlu beynəlxalq təşkilatların və şirkətlərin rəhbərlərinin iştirak etdiyi Tematik Forumun işində iştirak edib. 

Baş prokuror çıxış edərək Prezident İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq ölkəmizdə korrupsiyaya qarşı mübarizənin 5 əsas sütun – hüquqi baza, şəffaflıq biznes iqlimi, səmərəli ədalət mühakiməsi, korrupsiya və rüşvətxorluğa qarşı mübarizə qurumları və beynəlxalq əməkdaşlıq fəlsəfəsinə uyğun olaraq mərhələli şəkildə həyata keçirildiyi, bu prosesin bu gün də qətiyyət və uğurla davam etdirildiyi barədə danışıb.

Səfər çərçivəsində Kamran Əliyev Çin, Özbəkistan, Malayziya, Pakistan, Qazaxıstan, Belarus, Argentina, Kamboca, Misir və sair ölkələrdən olan həmkarları ilə qarşılıqlı maraq doğuran görüşlər keçirib.

XQ

 

Son xəbərlər