Şimali Kipr lideri Bakıda

post-img

Oktyabrın 13-də Bakıda “Şimali Kipr Türk Respublikası Mədəniyyət və Təqdimat Günləri” çərçivəsində sərgi təşkil olunub. 

Azərbaycanda səfərdə olan Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatar sərgiyə baxıb. 

Sərgidə inşaat, mətbəx, otelçilik və digər sahələrlə bağlı stendlər nümayiş etdirilir. 

***

Həmin gün ADA Universitetində İn­kişaf və Diplomatiya İnstitutunun təş­kilatçılığı ilə ölkəmizdə səfərdə olan Şimali Kipr Türk Respublikasının Pre­zidenti Ersin Tatarın tələbələrlə görüşü keçirilib. 

Tədbiri giriş nitqi ilə açan universi­tetin rektoru Hafiz Paşayev qonağı sa­lamlayıb. 

Daha sonra çıxış edən Ersin Tatar qardaş ölkə Azərbaycanla siyasi, iqti­sadi, sosial və digər sahələrdə əmək­daşlığın davam edəcəyinə əminliyini vurğulayıb. Onun sözlərinə görə, Şima­li Kipr və Azərbaycanın xalqları oxşar taleləri yaşayıblar. Qeyd edib ki, Azər­baycanla eyni millətin övladları olan Şimali Kipr türklərinin kədəri və sevinci birdir. 

Ölkəsinin ali təhsil müəssisələrində azərbaycanlı tələbələrin də təhsil aldı­ğını vurğulayan Ersin Tatar bu sahədə əməkdaşlığın gücləndirilməsi niyyətin­də olduğunu qeyd edib. 

Sonda Şimali Kipr lideri tələbələrin suallarını cavablandırıb. 

XQ

Son xəbərlər