Ağsaqqallar cəmiyyətin qızıl fondudur

post-img

Paytaxtın Nəsimi rayonunun Ağsaqqallar Şurasının hesabat yığıncağı keçirilib. “Ağsaqqallar milli-mənəvi dəyərlərimizin qızıl fondudur” devizi ilə təşkil edilən toplantıda yaşlı nəslə dərin hörmət və ehtiram olaraq rayonun peşə sahibi olan müxtəlif ictimai fəalları da iştirak edib. 

Nəsimi Rayon Ağsaqqallar Şura­sının sədri, professor Vaqif Şadlinski hesabat məruzəsində qurum ətrafında cəmləşmiş yaşlı nəslin rayonun icti­mai-siyasi həyatındakı fəal iştirakın­dan, qazanılan uğurlara onların verdiyi töhfədən geniş bəhs edib, qarşıda du­ran vəzifələrdən danışıb. 

Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov xalqımızda ağ­saqqal institutunun yüksək nüfuzunu qeyd edib, böyük məsləhətinin və xe­yir-duasının hər işdə gərəkli olduğunu söyləyib. O, Ağsaqqallar Şurasının nəsillər arasında varisliyi təmin etmək sahəsində gördüyü faydalı işlər, rayon­da onların fəaliyyəti üçün yaradılan şə­rait barədə də məmnunluqla söz açıb. Azərbaycan Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı Eldar Qu­liyev ölkəmizdə yaşlı nəslə göstərilən dövlət qayğısından, ağsaqqalların icti­mai həyata gətirdiyi müdriklik və sam­baldan danışıb, rayon ağsaqqallarına bundan sonrakı fəaliyyətlərində yeni uğurlar arzulayıb. 

Yığıncaqda Nəsimi Rayon Ağ­saqqallar Şurası idarə heyətinin yeni tərkibi formalaşdırılıb. Vaqif Şadlinski yenidən şuranın sədri, Xalid Kərimov sədrin birinci müavini, İmamverdi Hə­midov isə sədr müavini seçiliblər.

Sonda rayon həyatının müxtəlif sahələrində uğurlar qazanmış, ümumi işə dəstək vermiş bir qrup ictimai fəala İcra Hakimiyyətinin və Ağsaqqallar Şu­rasının təşəkkürnamələri və hədiyyələri təqdim olunub.

 

T.RÜSTƏMLİ
XQ

Sosial həyat