“İclasda “Yüksəliş” müsabiqəsinin Təşkilat Komitəsinin sədri, Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva, gənclər və idman naziri Fərid Qayıbov, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev, elm və təhsil naziri Emin Əmrullayev, iqtisadiyyat nazirinin müavini Elnur Əliyev, Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə, Milli Məclisin deputatı Ülvi Quliyev, İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru Balakişi Qasımov, “Yüksəliş” müsabiqəsinin İşçi qrupunun rəhbəri, gənclər və idman nazirinin müavini Fərhad Hacıyev iştirak ediblər.
Təşkilat Komitəsinin sədri Fərəh Əliyeva iclası açıq elan edərək komitə üzvlərinə üçüncü “Yüksəliş” müsabiqəsinin yekunlaşması ilə bağlı hazırlanan hesabatı təqdim edib. İclasda üçüncü “Yüksəliş” müsabiqəsinin Mentorluq proqramı ilə əlaqədar təkliflər müzakirə olunub. Aparılan fikir mübadiləsi nəticəsində müvafiq qərarlar qəbul edilib.
XQ