Heydər Əliyevin sosial rifah və ədalət təlimi

post-img

Dünən Milli Məclisin Əmək və sosial siyasət komitəsində “Heydər Əliyev - 100: Müasir Azərbaycan – sosial rifah və sosial ədalət dövləti” mövzusunda elmi-praktik konfrans keçirilib. 

Milli Məclisin komitə sədri Musa Quli­yev tədbiri açaraq qeyd edib ki, qədirbilən xalqımız Azərbaycanın dahi oğlunun xa­tirəsini əziz tutur, onun Vətənimiz və mil­lətimiz qarşısında çoxşaxəli tarixi xidmət­lərini minnətdarlıq hissi ilə xatırlayır.

Milli Məclisdə tədbirlər planına uy­ğun olaraq, parlamentin ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş xüsusi iclası çağırılmış və digər bir sıra tədbirlər təşkil olunmuşdur. Bu konfrans da həmin silsilə tədbirlərin davamı olaraq keçirilir. 

Əmək və əhalinin sosial müdafiə­si naziri Sahil Babayev “Azərbaycanın uğurlu sosial dövlət modeli ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır” mövzusunda məruzə edib.

Çıxış edənlər aparılan uğurlu sosi­al-iqtisadi siyasət sayəsində ölkəmizdə sosial dövlətin bir çox parametrləri üzrə, o cümlədən sosial müdafiə və təminat sahələrində vətəndaşlara göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi, şəffaflığın artırılması, innovativ həllərin tətbiqi və elektron xidmətlərə keçidin sürətləndirilməsi, vətəndaş məmnunluğu kimi məsələlər üzrə əldə olunan nailiyyət­ləri diqqətə çatdırıblar. 

 

Ə.BƏDƏLOV
XQ

Son xəbərlər