İnam Kərimovun Avropa Məhkəməsinin sədri ilə görüşü

post-img

Azərbaycan Ali Məhkəməsinin və Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimov Fransanın Strasburq şəhərində işgüzar səfərdə olub.

İnam Kərimov səfər çərçivə­sində İnsan Hüquqları üzrə Av­ropa Məhkəməsinin sədri Siofra O’Liri ilə ikitərəfli görüş keçirib.

Görüşdə qeyd edilib ki, Azər­baycan Respublikası cari ildə 16 saylı Protokolu ratifikasiya edib və bu Protokol noyabrın 1-dən qüvvəyə minəcək. Bildirilib ki, bu Protokol məhkəmələrimiz arasın­da qarşılıqlı fəaliyyətin gücləndi­rilməsinə imkan verəcək.

Azərbaycan və Avropa Məhkəməsi arasında əməkdaşlıq yüksək qiymətlən­dirilərək, bu əlaqələrin gələcəkdə daha da inkişaf etdirilməsi istiqamətində birgə fəaliyyətin zəruriliyi vurğulanıb. Avropa Məhkəməsi ilə əməkdaşlıq çərçivəsin­də həyata keçirilən layihələrə toxunulub, gələcəkdə birgə seminar və konfransların keçirilməsi, qarşılıqlı təcrübə mübadiləsi­nin əhəmiyyətindən danışılıb.

XQ

Son xəbərlər