“Sony PlayStation 5”in yeni diski

post-img

“Sony” şirkəti “PlayStation 5”in (“PS5”) çıxarıla bilən diskinin yeni versiyasını təqdim edib. O, əvvəlki versiyanın üçdəbiri qədər nazikdir və 1 TB yaddaşı var.
Konsolun digər xüsusiyyətləri orijinal “PS5” versiyasından fərqlənmir. Bu, o deməkdir ki, kompakt versiya əvvəlki model kimi güclüdür.
Yenilənmiş “PlayStation 5” iki modeldə buraxılacaq: diskli və disksiz. İkinci halda, “Blu-ray” diskini konsola qoşa bilərsiniz. Yeri gəlmişkən, o, ayrıca satılacaq.
Daha kiçik “PS5”də üfüqi stend olacaq. “Gamepad” isə, ümumiyyətlə, dəyişməyib. Ekspertlər qeyd edirlər ki, hazırkı “PlayStation 5”in ehtiyatları tükənən kimi daha yığcam “PS5”ə tələb artacaq.

N.AYTƏN
XQ

Son xəbərlər