2 boksçumuz Avropa kubokunun yarımfinalında

post-img

Monteneqronun Budva şəhərində boks üzrə Avropa kuboku yarışında 2 boksçumuz yarımfinala yüksəlib.
İlk görüşündə Bartumey Roskovici (Polşa) məğlub edən Malik Həsənov (63,5 kq) 1/4 finalda fransalı Lounes Hamraoui üzərində də qələbə qazanıb. Malik Həsənov yarımfinala yüksəlməklə özü üçün, azı, bürünc medalı da təmin edib. Boksçumuz növbəti mərhələdə israilli Ahmat Ştivi ilə gücünü sınayacaq.

Komandamızın digər üzvü Mirşərif Kazımzadə (75 kq) də yarımfinala çıxmaqla özü üçün, ən azı, 3-cü yeri təmin edib. Boksçumuz 1/4 finalda Qabriel Debaniçə (Xorvatiya) 5:0 hesabı ilə qalib gəlib. Mirşərif Kazımzadə final uğrunda rusiyalı Cambulat Bijamovla döyüşəcək.
Yarımfinal qarşılaşmaları oktyabrın 13-də, final döyüşləri isə 14-də olacaq.

Leyla SABİRQIZI
XQ

İdman