İsrailin daha bir oyunu təxirə salınıb

post-img

İsrail millisinin AVRO-2024-ün seçmə mərhələsində daha bir oyunu təxirə salınıb.
Bu barədə UEFA-nın mətbuat xidməti məlumat yayıb.
Qeyd edək ki, oktyabrın 15-də səfərdə İsrail millisi Kosovo yığması ilə oynamalı idi. Qarşılaşmanın yeni tarixi yaxın zamanda açıqlanacaq.
Xatırladaq ki, bundan əvvəl İsraildə oktyabrın 12-də keçirilməli olan İsrail – İsveçrə oyunu təxirə salınmışdı. Matçın noyabrın 15-də keçiriləcəyi bildirilsə də, məkanı ilə bağlı heç bir məlumat verilməyib.

Leyla SABİRQIZI
XQ

İdman