21 yaşadək futbolçulardan ibarət Azərbaycan komandası Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib.
Millimiz Şimali İrlandiyanın müvafiq yaş qrupundan ibarət komandasını qəbul edib. “Azərsun Arena”dakı qarşılaşma rəqibin 1:0 hesablı qələbəsi ilə başa çatıb. İrlandiya yığması 38-ci dəqiqədə azlıqda qalıb, bir dəqiqə sonra isə Camal Cəfərov penaltidən yararlana bilməyib.
Qeyd edək ki, millimiz qrupdakı ilk matçında səfərdə Serbiya yığmasına da uduzub (0:2).
Leyla SABİRQIZI
XQ