İqtisadi Şuranın və Azərbaycan İnvestisiya Holdinqinin Müşahidə Şurasının növbəti iclası

post-img

Oktyabrın 11-də İqtisadi Şuranın və Azərbaycan İnvestisiya Holdinqinin Müşahidə Şurasının növbəti iclası keçirilib.

Nazirlər Kabinetinin mətbuat xidmə­tindən bildiriblər ki, Azərbaycan Respub­likasının Baş naziri Əli Əsədovun sədrli­yi ilə keçirilən birgə iclasın gündəliyində ölkənin neft-qaz hasilatı sahəsində cari vəziyyət və perspektivlər, o cümlədən SOCAR-ın və ümumilikdə respublikanın neft-qaz sektorunun uzunmüddətli inki­şaf planları, gələcək hasilat proqnozları, Heydər Əliyev adına Neft Emalı Zavo­dunun Yenidənqurma və Modernizasiya Layihəsinin icra vəziyyəti, həmçinin La­yihənin icrası üçün tələb olunan əlavə iş­lər və digər cari məsələlər geniş müzakirə olunub.

Tədbirdə SOCAR-ın prezidenti Röv­şən Nəcəfin məruzəsi və Azərbaycan İn­vestisiya Holdinqinin Baş icraçı direktoru Ruslan Əlixanovun çıxışı dinlənilib.

İclasın yekununda müzakirə olunan məsələlər barədə Şuranın üzvlərinin təklifləri nəzərə alınmaqla AİH-nin İdarə Heyətinə və SOCAR-a müvafiq tapşırıq­lar verilib.

Son xəbərlər