Nazir Masallıda vətəndaşlarla görüşüb

post-img

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov Masallı Rayon Polis Şöbəsində vətəndaşlarla görüşüb.

Daxili İşlər Nazirliyinin mətbuat xid­mətindən bildirilib ki, nazir əvvəlcə Ma­sallı rayonundakı ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək əziz xa­tirəsini ehtiramla anıb.

Sonra rayon polis şöbəsinin inzibati binasında Masallı, Yardımlı, Lerik, As­tara, Lənkəran şəhər və rayonlarından qəbula gələn 95 vətəndaşın müraciətini dinləyən nazir onların problemlərinin həlli üçün nazirliyin aidiyyəti baş idarə və idarə rəislərinə tapşırıqlar verib. Müraciətlərin əksəriyyəti yerindəcə həll edilib.

Səfər çərçivəsində general-polkovnik V.Eyvazov bölgə üzrə polis orqanlarında sıravi və kiçik rəis heyətinə xidmətə qə­bulla bağlı sıra baxışı keçirib.

Sıra baxışında ətraf rayonlarda ya­şayan, polis orqanlarında xidmət etmək arzusunda olan gənclər iştirak edib. 18-i Vətən müharibəsi iştirakçısı olmaqla xid­mətə qəbulun şərtlərinə uyğun gələn 71 nəfər seçim turunun növbəti mərhələsinə buraxılıb.

XQ

Son xəbərlər