Nəzarət-kassa aparatları yeniləşdirilir

post-img

93 mindən çox müasir cihaz quraşdırılıb

Ölkə ərazisində indiyədək 93 min 230 ədəd yeni nəsil nəzarət-kassa aparatı (NKA) quraşdırılıb.

Dövlət Vergi Xidmətindən bildirilib ki, bu növ NKA-lardan istifadə hesablaşmaların daha şəffaf aparılmasına, malların qanunsuz dövriyyəsinin qarşı­sının alınmasına və dövriyyəyə nəzarətin təmin edilməsinə im­kan yaradıb.

2023-cü ilin yanvar-sentyabr ayları ərzində yeni nəsil NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 16 milyard manat­dan çox olub ki, bu da əvvəlki ilin müvafiq dövrünə nisbətən 15,6 faiz çoxdur.

XQ

Son xəbərlər