2023-cü ilin yanvar–sentyabr aylarında “AzerGold” Qapalı Səhmdar Cəmiyyəti (QSC) tərəfindən 38,3 min unsiya qızıl hasil edilib. Ümumi istehsalın 36,4 min unsiyası ixraca yönəldilib.
“AzerGold” QSC-dən verilən məlumata görə, cari ilin 9 ayı üçün müəyyənləşdirilmiş qızıl hasilatı planı 6 faiz, qızıl ixracı planı isə 30 faiz artıq icra edilib. Ümumilikdə isə, bu il üçün 62,5 min unsiya qızıl hasilatı və ixracı planlaşdırılıb ki, bu da ötən ilin göstəriciləri ilə müqayisədə müvafiq olaraq 1 və 4,4 faiz çoxdur.
XQ