İpoteka və zəmanətli kreditlərin məbləği artıb

post-img

İpoteka və Kredit Zəmanət Fondunun xətti ilə indiyədək 47 min 117 ipoteka krediti verilib. Fondun vəsaitləri hesabına verilmiş ipoteka kreditləri üzrə məbləğ 2 milyard 812 milyon 260 min 364 manat təşkil edib. 

Bu barədə XQ-yə adıçəkilən qurumdan məlumat verilib. Məlumatda, həmçinin bildirilir ki, ötən müddətdə ölkə üzrə dövlət xətti ilə 4055 mənzil kirayə verilib. Zəmanət və sub­sidiyalar verilmiş kreditin məbləği isə 380 milyon 639 min manat olub. 

XQ

İqtisadiyyat