ARDNF-in Xəzər neftindən gəliri çoxalır

post-img

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) cari ilin 9 ayı ərzində “Azəri-Çıraq-Günəşli” (AÇG) və “Şahdəniz” yataqları üzrə gəlirlərini açıqlayıb.

Qeyd edilib ki, AÇG yatağından gəlirlər 5 milyard 234 milyon dollar, “Şah­dəniz” yatağından (qaz və kondensat) isə 1 milyard 183 milyon dollar təşkil edib. Hər iki yatağın, ümumilikdə, gəlirləri 6 milyard 417 milyon dollara çatıb. 

O cümlədən, “Şahdəniz” yatağı üzrə kondensatın satışından əldə olunan gəlir 259 milyon 554 min dollar olub.

XQ

İqtisadiyyat