Beynəlxalq Memarlıq Müsabiqəsi

post-img

Oktyabrın 4-də ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr edilmiş VI Bakı Beynəlxalq Memarlıq Müsabiqəsinə təqdim olunmuş işlərin sərgisinin açılış mərasimi keçirilib.

Sonra KİV nümayəndələri üçün mətbuat konfransı keçirilib. 

Azərbaycan Memarlar İttifaqının İdarə Heyətinin sədri Elbay Qasımzadə müsabiqəyə təqdim olunan layihələrin keyfiyyəti, sayı, eləcə də iştirakçıların təmsil etdikləri ölkələr barədə məlumat verib. 

Diqqətə çatdırılıb ki, bu il müsa­biqəyə dünyanın 26 ölkəsindən – ABŞ, Azərbaycan, Banqladeş, Braziliya, Cə­nubi Afrika Respublikası, Çexiya, Çin, Fransa, Gürcüstan, Hindistan, İspaniya, İtaliya, Cənubi Koreya, Özbəkistan, Qa­zaxıstan, Qırğızıstan, Madaqaskar, Ma­layziya, Misir, Portuqaliya, Rumıniya, Rusiya, Serbiya, Türkiyə, Yunanıstan, Vyetnamdan 200-dən çox layihə təq­dim olunub. İştirakçıların layihələrinin qiymətləndirilməsi üçün aşağıdakı tər­kibdə Beynəlxalq münsiflər heyəti dəvət olunub: Deniz İncedayi (Türkiyə), Kevin Bingham (Cənubi Afrika), Divya Kuş (Hindistan), Cüzeppe Kappoçin (İtaliya) və Elbay Qasımzadə (Azərbaycan).

Mətbuat konfransında mədəniy­yət nazirinin müavini Səadət Yusifova 2013-cü ildən Mədəniyyət Nazirliyinin Bakı Beynəlxalq Memarlıq Müsabiqə­sinin həmtəsisçisi və həmtəşkilatçısı olduğunu bildirib.

Müsabiqə qaliblərinin elan olunması mərasimi oktyabrın 6-da nəzərdə tutu­lub.

Son xəbərlər