Şeyxülislamın lCESCO-nun Baş direktoru ilə görüşü

post-img

Oktyabrın 4-də Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə ölkəmizdə səfərdə olan İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı – ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Maliki ilə görüşüb.

Qonağı səmimi salamlayan Şeyxül-islam nüfuzlu beynəlxalq təşkilatın Azərbaycanın haqlı mövqeyinin dünya­ya çatdırılması istiqamətindəki fəaliy­yətini yüksək qiymətləndirib. QMİ sədri Şuşa şəhərinin ICESCO-nun xətti ilə 2024-cü ildə İslam dünyasının mədə­niyyət paytaxtı elan olunmasını da mü­hüm hadisə kimi dəyərləndirib.

Şeyxülislam Allahşükür Paşazadə Bakıda keçirilməsi planlaşdırılan Dün­ya Dini Liderlərinin III Samiti barədə də geniş məlumat verib, ICESCO-nun bu tədbirdə mötəbər heyətlə iştirak edəcə­yinə inandığını bildirib. 

Səmimi qarşılanmaya görə QMİ sədrinə təşəkkür edən ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Maliki dünyada nüfuzlu din xadimi kimi tanınan Allahşükür Paşazadə ilə növbəti dəfə görüşmək fürsəti əldə et­məkdən məmnunluq duyduğunu dilə gətirib. 

Salim bin Məhəmməd əl-Malik Şu­şanın 2024-cü ildə İslam dünyasının mədəniyyət paytaxtı elan edilməsinin Azərbaycan həqiqətlərinin müsəlman dünyasına çatdırılmasına gözəl bir və­silə olacağına inandığını qeyd edib. O bildirib ki, ICESCO Azərbaycanda öz regional nümayəndəliyini də açmağı planlaşdırır. Qonaq bildirib ki, Dünya Dini Liderlərinin Bakıda planlaşdırılan III Sammiti ilə bağlı ICESCO QMİ ilə strateji əməkdaşlıqda maraqlıdır.

Son xəbərlər