Üçüncü “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüş

post-img

“Yüksəliş” müsabiqəsinin Təşkilat Komitəsinin sədri, Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva üçüncü “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüş keçirib.

Komitə sədri qalibləri əldə etdikləri na­iliyyət münasibətilə təbrik edib, onlar üçün nəzərdə tutulan özünüinkişaf planı və Mentorluq proqramından söz açıb. Qalib­lərin müsabiqə haqqında təklif və fikirlərini dinləyən Fərəh Əliyeva səslənən təklifləri gələcəkdə tətbiq edilməsi üçün qiymət­ləndirəcəyini vurğulayıb. 

Fərəh Əliyeva qaliblərin təhsil və hu­manitar məsələlərlə bağlı suallarını ca­vablandırıb, gənclərin bu sahədə təşəb­büskarlıq göstərməsinin önəmini bildirib. Qaliblər isə, öz növbəsində, ölkənin in­kişafı uğrunda əllərindən gələni etməyə hazır olduqlarını bildiriblər.

Xatırladaq ki, üçüncü müsabiqənin yekunlarına əsasən, “Yüksəliş” qalibi elan olunan 22 iştirakçı bir il müddətində idarə­çi rəhbərlərin iştirakı ilə Mentorluq proqra­mından yararlanmaq və fərdi inkişaf planı əldə ediblər.

XQ

Son xəbərlər